...

"Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 1 Noyabr 2019 20:59 (UTC +04:00)
Bərdədə "Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçirilib.
"Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində "Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçirilib.

Trend-in məlumatına görə, müsabiqənin keçirilməsində təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Groupa məxsusdur.

III Qarabağ Kuboku müsabiqəsinə bölgələrdən Bərdə, Ağcabədi, Tovuz və paytaxt Bakıdan rəqs qrupları qatılıb.

"Yarışmada iştirak edən rəqs qruplarına gələcək həyatlarında müvəffəqiyyətlər diləyirəm. Gənclərə dəstək məqsədilə keçirtdiyimiz bu müsabiqədə əsas məqsəd gənclərimiz öz istedadlarından istifadə edə bilsinlər. Bizə bu işdə dəstək olan təşkilatçılara, bacarıqlı gənclər yetişdirən bədii rəhbərlərə və ədalətli seçimlər edən münsiflər heyətinə sonsuz təşəkkürümü bildirirəm. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçirilən festival və müsabiqədə onlar arasında bir-birlərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı.” deyə Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov bildirdi.

Yarışda rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, hind və solo rəqslər nümayiş olunub.
Yarışma yaş kateqoriyasına görə keçirilib: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar üzrə iştirak edilib: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti