...

Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 5 Dekabr 2019 04:49 (UTC +04:00)
Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Yuğ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Yuğ Dövlət Teatrının 30, teatrın banisi Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir nazirliyin dəstəyi ilə reallaşıb.

Tədbirdən öncə qonaqlar teatrın foyesində bu sənət ocağının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı fotosərgidə bu sənət ocağının yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Yuğ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salıb. Bildirib ki, Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib.

Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Hemətov qeyd edib ki, teatrın ilk işi M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası olub. Kollektiv bu illər ərzində klassiklərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib.

Tədbirdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti