...

Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunacaq

Mədəniyyət Materials 26 Yanvar 2020 01:27 (UTC +04:00)
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq hər il keçirilən “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim ediləcək
Beynəlxalq Muğam Mərkəzində “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim olunacaq

Bakı. Trend

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində ənənəvi olaraq hər il keçirilən “Gəncləşən muğam” layihəsinin növbəti konserti təqdim ediləcək.

Trend-in məlumatına görə, “Gəncləşən muğam” 7 Xalq artisti, “Şöhrət” ordenli xanəndə Əlibaba Məmmədovun 90 illiyinə həsr olunub.

Layihənin rəhbərləri Xalq artisti, professor Mənsum İbrahimov və əməkdar artistlər - tarzən Elçin Həşimov və kaman ifaçısı Elnur Əhmədovdur.

Layihənin adı özündə, yaşı min illərlə ölçülən muğam sənətinin gənclərin ifasında gəncləşdiyini əks etdirir. Layihənin əhatə dairəsi ilbəil genişlənir. 2005-ci ildən reallaşdırılan layihə çərçivəsində təşkil olunan ötən altı konsert onlarla istedadlı ifaçının tanınmasına təkan verib. Layihənin məqsədi gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmalarına yardım etməkdir.

Konsertə biletləri İticket.az və şəhərin bütün kassalarından əldə edə bilərsiz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti