...

Xalq artisti Murad Hüseynovun konserti nümayiş olunacaq

Mədəniyyət Materials 9 Aprel 2020 10:15 (UTC +04:00)
Xalq artisti Murad Hüseynovun konserti nümayiş olunacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

"Bizi birləşdirən mədəniyyət" verilişi Xalq artisti, professor, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim edəcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Mədəniyyət Nazirliyi və Mədəniyyət kanalının birgə layihəsi olan "Bizi birləşdirən mədəniyyət" verilişi 8 aprel saat 17:45-də Xalq artisti, professor, Beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim edəcək.

Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə baş tutan konsert proqramı Riqa şəhərində lentə alınıb.

Qeyd edək ki, layihədə BMM də yaxından iştirak edərək dəstək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti