...

Beynəlxalq Muğam Mərkəzi milli musiqi alətlərimizi böyük auditoriyaya çatdırır (VİDEO)

Mədəniyyət Materials 14 Aprel 2020 14:50 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzi milli musiqi alətlərimizi böyük auditoriyaya çatdırır
 (VİDEO)

Bakı. Vüqar İmanov - Trend:

Beynəlxalq Muğam Mərkəzi (BMM) muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasında yer alan alətlər haqqında mühazirələri sosial şəbəkələrdəki hesablarından təqdim etməkdədir. Mühazirələr AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov və görkəmli musiqişünaslar tərəfindən təşkil edilir.

Trend-in məlumatına görə, layihənin məqsədi milli musiqi alətlərimizi böyük auditoriyaya tanıtmaqdır.

Qeyd edək ki, BMM elmi tədqiqat və araşdırma yönlü fəaliyyəti nəticəsində bu günə kimi "Dəyirmi masa" layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib. Bu müddət ərzində BMM-də təşkil edilən elmi-tədqiqatlar sahəsindəki tədbirlər silsiləsində "Aşıq sənətinin bu günü və gələcək prespektivləri , "Muğamlar və qəzəllər", "Bayatı janrının Azərbaycan musiqi mədəniyyətində yeri" , "Azərbaycan mədəniyyəti dünən, bugün və gələcəkdə", eləcə də beynəlxalq konfranslar "Orta əsr musiqisi və musiqi alətləri", “Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi”, "Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri " adlı elmi-praktiki konfrans və müzakirələr keçirilmişdir.
Layihənin məqsədi milli musiqi alətlərimizi böyük auditoriyaya tanıtmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti