...

Nyu-Yorkdakı Brodvey teatrlarının açılışı sentyabra qədər təxirə salındı

Mədəniyyət Materials 13 May 2020 07:46 (UTC +04:00)
Nyu-Yorkdakı Brodvey teatrlarının açılışı sentyabra qədər təxirə salındı

Bakı. Trend:

Nyu Yorkdakı Brodvey teatrları 6 sentyabra qədər bağlı qalacaqlar.

Trend-in məlumatına görə, bu barədə 700 bədii teatr rəhbərlərini və sahiblərini birləşdirən "Brodvey liqası" (The Broadway League) assosiasiyasının saytında xəbər verilib.

"Brodvey tamaşalarının hamısını ən qısa müddətdə bərpa etmək istərdik, ancaq bu anadək bizə səhnə və salonda qatılan hər kəsin sağlamlığını və rifahını təmin etməliyik", - Brodvey liqasının sədri Şarlotta Martin deyib.

Brodvey tamaşalarının nümaişləri 12 martda dayandırılıb. Həmin vaxt repertuarda səkkiz yeni şou da daxil olmaqla 31 tamaşa və myuzikl göstəriləcəkdi.

Daha əvvəl hər il Amerika teatr sənətinin inkişafındakı uğurlara görə verilən "Tony Award" mükafatının təqdimat mərasimi qeyri-müəyyən müddətə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti