Ermənilərin Qarabağda dağıtdıqları xiristian abidələri - FOTOFAKTLAR

Ermənilərin Qarabağda dağıtdıqları xiristian abidələri - FOTOFAKTLAR

Bakı. İlhamə İsabalayeva – Trend:

Ermənistan hökuməti Qarabağ məğlubiyyətinin əvəzini çıxmaq üçün Azərbaycanı böhtan və hədələrlə etmədiyi işlərdə günahlandırmağa çalışır. Son vaxtlar havadarlarının köməyi ilə Qarabağdakı xristian abidələrinin azərbaycanlılar tərəfindən “dağıdılacağı” barədə hay-küy qaldırırlar. Lakin araşdırma zamanı məlum olur ki, ermənilər 28 il işğal altında saxladıqları Azərbaycan ərazilərində islam dövrü abidələrinə vurduqları zərərlər qədər xristian dövrü abidələrinə də zərər vurublar.

Bunu Trend-ə 2014-2017-ci illərdə işğal altında olan ərazilərdəki tarix və mədəni abidələrin monitorinqini aparan Nazirlər Kabineti yanında İtki və Tələfatların Qiymətləndirilməsi üzrə işçi qrupun üzvü olmuş mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə öz mülkiyyət hüququnu tətbiq etməklə faktiki olaraq 28 il ərzində Azərbaycanın öz mədəni dəyərləri üzərindəki hüququndan zorakı surətdə təcrid etmişdi.

F.İsmayılov qeyd edib ki, Qarabağ və ona bitişik ətraf ərazilərin guya qədim erməni torpaqları olması iddiasını sürən Ermənistan işğal altında saxladıqları Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid daşınmaz tarix və mədəniyyət abidələrini və digər kateqoriyadan olan daşınan mədəni irs nümunələrini dağıtmaq, yox etmək və ya erməniləşdirmək kimi qeyri-qanuni fəaliyyət həyata keçiririb.

Tədqiqatçı qeyd edib ki, ermənilər 28 il işğal altında saxladıqları Azərbaycan ərazilərindəki Alban dövrü abidələrin əzəli görkəmlərini dəyişdirərək erməniləşdirməyə çalışıblar:

“Rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Y.İ.KrupnovCənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə bunları yazırdı: “Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Ermənilərin alban abidələrinə də iddialarının əsassız olduğunu söyləyən F.İsmayılov qeyd edib ki, Albaniyada xristianlıq memarlığı daha geniş yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir.

Onun sözlərinə görə, dünyada bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir.

Ekspert deyib ki, indiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

F.İsmayılov Azərbaycanda ermənilər tərəfindən xristianlıq abidələrinin erməniləşdirilməsi, erməni vandalizmi nəticəsində dağıdılmasına dair bir sıra fotofaktları da Trend-ə təqdim edib:

Xocavənd rayonunun Dağyurd kəndindəki abidə inşa edilərkən dini ibadət üçün nəzərdə tutulmayıb. Yəni abidə nə kilsə, nə də monastr olub. Abidənin görkəmi erməniləri qane etmədiyindən onlar abidənin ümumi görümüşünü dəyişdiriblər.

Təmir zamanı abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə örtüldü. Binanın üzərinə zəng qülləsi əlavə edilərək abidəyə kilsə forması verildi.

Dağturd kəndində Qafqaz Albaniyası dövrünə aid olan XII - XIII əsr abidəsi də erməni vandalizminin qurbanı olub.


Hadrud rayonunun Ziyarət dağındakı sovmənin əzəli görkəmi.

Bu abidə də əzəli görkəmindən məhrum edilib.

Ağdərə rayonunun ərazisindəki Xotavəng monastırı.

Kompleksin həyətində aparılan tikinti və “abadlıq” işləri monastrın əzəli görkəminə zərər vurur. Belə ki, kompleksə daxil olan yardımçı binalar yenidən tikilərək erməni memarlığına uyğunlaşdırılıb.

Xudavəng Monastrının giriş qapısının əzəli görkəmi belə olub.

Ermənilər işğal dövrü monastrın giriş qapısını sökərək əzəli görkəmindən məhrum ediblər.

Ermənistanın işğalı altında olan Gəncəsər monastrnın əzəli forması

Gəncəsər Monastrının divarları mərmərlə bağlandı bu bərpada yolverilməz haldır.

Erməni vandalizminə uğradılan abidələrdən biri də Ağoğlan monastrıdır.

İşğaldan sonra Abidənin mühafizə divarı belə dağıdıldı

Laçın rayonunu. Hoçaz kəndində məbəd.

Xocavənd rayonu. Tuğ kəndi.

Bu bina Qarabağ Məlikliyinin inzibati yaşayış kompleksinin salamat qalmış bir hissəsidir. İşğala qədər abidə kompleksinin bu hissəsi ikimərtəbəli olub, üst mərtəbə uçurdulub, birinci mərtəbənin isə orjinal görkəmindən məhrum edilib. İşğal dövrü abidədən muzey kimi istifadə edilirdi.

Laçın rayonu Mirik kəndi.

Mirik kəndi, Həkəri çayın Minkənd qolunun sol sahilində, Bozlu kəndindən qərb tərəfə 2 km hündürlükdə dəniz səviyyəsindən 1440-1520 metr yüksəklikdə yerləşir. Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklop xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. İşğal dövründə ermənilər abidəni öz əzəli görkəmindən məhrum ediblər.

Ermənilər İşğal altında saxladıqları ərazilərdə 700-dən çox Qafqaz Albaniyası memarlığına aidtarix və mədəniyyət abidələrinin divar yazılarını ya dəyişdirir, ya da uçururlar.

Bu abidə işğal dövründə ermənilər tərəfindən uçurduldu

Bu abidənin isə divar yazıları silindi.

Xocavənd rayonu Tuğ kəndi.

Tuğ kəndinin mərkəzində yerləşən bu bazilikanın 1197-ci ildə inşa edildiyi güman edilir. Binadan müxtəlif illərdə kəndin ərzaq anbarı kimi istifadə edilmişdir. 2014-cü ildə abidəni kilsəyə çevirmək istəyən ermənilər abidəni əzəli görünüşündən məhrum etdilər. Abidənin qarşısına qəbir daşları düzərək burada hansısa övliyyaların yaşadığını iddia edən yalan məlumatlar yaydılar.

Qubadlı rayonu Başarat kəndi ərazisi.

Qubadlı rayonunun Başarat kənd ərazisində ermənilər Qafqaz Albaniyası memarlığına aid bu abidənin əzəli görünüşünü 2019-cu ilin yay aylarında dəyişmişdir.

Laçın rayonu Minkənd kəndi

Alban monastrı işğaldan əvvəl

İşğaldan sonra ermənilər abidəyə belə bir görkəm verdilər

Xocalı rayonu Əsgəran qəsəbə ərazisi. Abidənin memarlıq quruluşu dəyişdirilmişdir

Köçərili məhəlləsi. 1847-ci ildə Şuşada tikilmiş Müqəddəs vəftiz İohan rus-provoslav kilsəsini ermənilər erməni qriqoryan kilsəsinə çevirdilər

Şuşada Qazançı adlandırılan rus provaslav kilsəsi də ermənilər tərəfindən erməni qriqoryan kilsəsinə çevirilib

Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Loading Bars
Xəbər lenti
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Somalinin paytaxtında güclü partlayış olub
ÜST: Dünyada ötən sutka koronavirusa 425 mindən çox yoluxma qeydə alınıb
Yaponiya portalı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə yayıb
Qaxda məcburi köçkünlərin məskunlaşdığı bina yanıb
Prezident İlham Əliyev: Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir
Bütün xəbərlər