...

Şuşada Vaqifin məqbərəsinin bərpası nə vaxt yekunlaşacaq? - Nazir açıqladı

Mədəniyyət Materials 31 Mart 2021 16:03 (UTC +04:00)
Şuşada Vaqifin məqbərəsinin bərpası nə vaxt yekunlaşacaq? - Nazir açıqladı

Bakı. Ceyhun Ələkbərov - Trend:

Şuşada Vaqifin məqbərəsinin bərpası işləri yay aylarında yekunlaşacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

O, həmçinin Bakıda tikiləcək Zəfər muzeyi haqda da danışıb:

"Vaqifin məqbərəsinin bərpası işlərinə artıq başlanılıb və yay aylarında yekunlaşacağı gözlənilir. Bakıda tikiləcək Zəfər muzeyi isə möhtəşəm kompleks olacaq. Muzeyin inşasına layihə hazır olandan və təsdiq olunandan sonra başlanılacaq".

Xəbər lenti

Xəbər lenti