...

Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)

Mədəniyyət Materials 5 May 2021 18:11 (UTC +04:00)
Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Neft milyonçusu Murtuza Muxtarovun qətli ilə bağlı bədii-sənədli film hazırlanıb

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, “Qətl planı” seriyasından olan filmdə milyonçunun qətlinin bir neçə versiyası rekonstruksiya edilərək tamaşaçılara təqdim olunacaq.

“Qətl planı”nda bolşeviklərin Muxtarovun yaşadığı evə (hazırkı Səadət Sarayı) atla daxil olması, milyonçunun həyat yoldaşı Liza Tuqanovanı gizlətməsi, özünün isə sona kimi mərd şəkildə mübarizə aparması nümayiş olunub.

Filmdə tarixçilərin fikirlərinə də yer ayrılıb.

Ssenari müəllifi İlqar Fəhminin, quruluşçu rejissoru Ramil Ağasıyevin olduğu bədii-sənədli filmdə ölkənin tanınmış aktyorları rol alıb.

“Qətl planı” mayın 6-sı saat 21:30-da AzTV-də yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti