...

“Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” Respublika elmi konfransı keçiriləcək

Mədəniyyət Materials 24 Sentyabr 2021 16:25 (UTC +04:00)
“Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” Respublika elmi konfransı keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 30 sentyabr 2021-ci il tarixində saat 11:00-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami Gəncəvinin əsərləri təsviri sənətdə” Respublika elmi konfransı keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, “Nizami Gəncəvinin ədəbi yaradıcılığı təsviri sənətdə” elmi konfransı mədəniyyətimizin müxtəlif sahələri üzrə mütəxəssisləri, tədqiqatçıları, eləcə də yeni mövzuların aşkara çıxarılması, elmi biliklərin mübadiləsi, yeni əməkdaşlıq əlaqələrinin qurulması və tədqiqat təcrübəsi imkanlarından yararlanmaq məqsədilə həyata keçiriləcək.

Qeyd edək ki, konfransda respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan sənətşünaslar, doktorantlar və tədqiqatçılar, o cümlədən xarici ölkədən qatılan dosentlər də iştirak edəcəklər.

Elmi konfrans Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il Sərəncamına əsasən elan edilən “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçirilir.
“Zoom” tətbiqi vasitəsilə keçiriləcək konfransda hər iştirakçı yalnız bir məruzə ilə çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti