...

Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib

Mədəniyyət Materials 20 Oktyabr 2021 10:30 (UTC +04:00)
Məşhur rusiyalı aktyor xəstəxanaya yerləşdirilib

Bakı. Orxan Nəbiyev - Trend:

Məşhur rusiyalı aktyor Sergey Bezrukov koronavirusa yoluxması ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə aktyor öz "Instagram" səhifəsində bildirib.

O, xəstəliyin yüngül formada keçdiyini vurğulayıb.

Aktyor çıxış etdiyi tamaşaların təxirə salındığını elan edib.

Qeyd edək ki, S.Bezrukov "Briqada", "Yesenin", "Master və Marqarita" kimi seriallardakı rolları ilə tanınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti