...

Niderlandda dahi şair Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib

Mədəniyyət Materials 14 Noyabr 2021 14:02 (UTC +04:00)
Niderlandda dahi şair Nizami Gəncəviyə həsr olunmuş kitab nəşr edilib

Bakı. Trend:

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb.

Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək. Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti