...

Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı hazırlayırıq - Anar Kərimov

Mədəniyyət Materials 2 Dekabr 2021 19:32 (UTC +04:00)
Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı hazırlayırıq - Anar Kərimov

Bakı. Humay Ağacanova - Trend:

Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı fəaliyyət planı hazırlayırıq

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gələn il Bakıda Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Ümid edirəm ki, bu proses bizim gələcək tədqiqat və araşdırmalarımız üçün yaxşı zəmin formalaşdırılacaq.

"Dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir. Azərbaycan Bakı prosesində, bugünkü yeni sülh mədəniyyəti prosesində, eləcə də digər beynəlxalq arenalarda sülhü təbliğ edəcək. Hesab edirəm ki, mədəniyyət naminə sülh təşəbbüsü artıq dəstək alıb. Əminəm ki, bizim bu konsepsiya gələcəkdə də lazımi səviyyədə tanınacaq və qəbul ediləcək. Beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacağımıza ümid edirik. Artıq fəaliyyət planını hazırlayırıq. Burada çox mühüm məqamlar öz əksini tapacaq. Sülhün təmin olunmasında və dialoqun qurulmasında bu təşəbbüs bizə dəstək göstəcək. Biz mədəni gücə, yumşaq gücə inanırıq. Sülh quruculuğu prosesində digər vacib elementlərin də sülh konsepsiyasında ehtiva olunacağına şübhəmiz yoxdur", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti