...

Nizami yaradıcılığı öz böyüklüyü və özünəməxsusluğu ilə seçilir - Elnur Əliyev

Mədəniyyət Materials 16 Dekabr 2021 16:21 (UTC +04:00)
Nizami yaradıcılığı öz böyüklüyü və özünəməxsusluğu ilə seçilir - Elnur Əliyev

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan ədəbiyyatı, incəsənəti, mədəniyyəti hər əsrdə bir tarixi şəxsiyyət yetişdirir. Nizami yaradıcılığı da öz böyüklüyü və özünəməxsusluğu ilə seçilir.

Trend xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Elnur Əliyev "Nizami Gəncəvi Mədəni İrsi XXI əsr" simpoziumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kifayət qədər xarici vətəndaş var ki, Nizami yaradıcılığını tədqiq edir.

"Biz onlarla daim təmasdayıq. Onlarla söhbət edəndə Nizami Gəncəvini yenidən kəşf edirik. Biz Nizami əsərlərini tərcümədən oxuyuruq, amma onlar orjinaldan, fars dilindən oxuyurlar və deyirlər ki, Nizami dövrünün digər şairlərindən çox fərqlidir. Belə hesab edirəm ki, biz Nizamini hələ tam dərk etməmişik. Bunun subyektiv səbəbləri var. Çünki Nizami Gəncəvi yaradıcılığı bizə uzun illər sovet məktəbinin prizmasından öyrədilib. Qərb tədqiqatçıları ümumi olaraq belə deyirlər ki, Nizami insana, insan cəmiyyətinə ensiklopedik yanaşma edib", - deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti