...

Teatr sahəsində idarəetmənin sadələşdirilməsini istəyirik - Nazir

Mədəniyyət Materials 28 Dekabr 2021 13:04 (UTC +04:00)
Teatr sahəsində idarəetmənin sadələşdirilməsini istəyirik - Nazir

Bakı. Çingiz Səfərli - Trend:

Bizim ilk hədəfimizdə idarəetmənin təkmilləşdirilməsi üçün publik hüquqi şəxslərin yaradılması dayanır.

Trend-in məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov mətbuat konfransında Teatr Agentliyinin yaradılması ilə bağlı açıqlamasında deyib.

"Bu sahə tədqiq edilməlidir. Səmərəliliyi müəyyən edilməlidir ki, dövlət qurumları, maliyyə qurumları qarşısında hesabat verə bilək. Biz istərdik ki, teatr sahəsində də idarəetmə sadələşdirilsin.

Növbəti ildə bu proseslər davam etdiriləcək. İnanıram ki, islahatlarla sıçrayışa nail ola billəcəyik", - nazir deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti