...

Bakıda Macarıstan kinosu festivalı keçirilir

Mədəniyyət Materials 7 May 2022 17:40 (UTC +04:00)
Bakıda Macarıstan kinosu festivalı keçirilir

Bakı. Trend:

Macarıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Macarıstan kinosu festivalı keçirilir.

Trend xəbər verir ki, mayın 8-dək keçiriləcək festival çərçivəsində üç film nümayiş etdiriləcək.

Qeyd edək ki, kinofestivalın ilk günündə tamaşaçılara “Buşo” festivalında iştirak etmiş qısametrajlı filmlər təqdim olunub. Onlar arasında “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin çəkdiyi 2 qısametrajlı film də var.

Festivalın həmçinin dram janrında lentə alınmış “Toksikomo” filmi nümayiş olunacaq. Sonuncu gündə kinofestivalın qonaqları “Buğanın laylası” komediyasını da izləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti