...

Azərbaycan və İran arasında mədəni əlaqələr daha da inkişaf edəcək - Anar Kərimov (FOTO)

Mədəniyyət Materials 20 İyun 2022 20:19 (UTC +04:00)
Azərbaycan və İran arasında mədəni əlaqələr daha da inkişaf edəcək - Anar Kərimov (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələr daha da inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu gün (20 iyun) Tehranda İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi Esmaili ilə birgə mətbuat konfransında deyib.

A.Kərimovun sözlərinə görə, mədəni əməkdaşlıqda böyük potensial var. Bu gün bir çox sahələrdə, xüsusilə, ədəbiyyat, kitab sərgilərinin keçirilməsi, kino və teatr sahəsində, mədəniyyət günləri keçirilməsi, mədəni irsin qorunması sahələrində iranlı həmkarımla müzakirələr aparıldı.

Nazir əlavə edib ki, Azərbaycan və İran iki ölkə arasında əlaqələrin qurulmasının 30 illiyini qeyd edir.

"İki ölkə arasında dostluq əlaqələri mövcuddur. Bu əlaqələrin üstünlüyündən istifadə edərək iki ölkə arasında mədəni əməkdaşlıq inkişaf etdiriləcək. Əzəli torpağımız olan Qarabağın azad olunmasından sonra mədəniyyətin Qarabağımıza qaytarılması və bu sahədə İranla əməkdaşlıq üzrə müzakirə apardıq. Xüsusilə də Şuşanın mədəniyyət paytaxtı olması çərçivəsində İranla Azərbaycanın müştərək layihələrini müzakirə etdik. Əminəm ki, bu səfər və bu gün olan faydalı müzakirələrimiz bizim mədəniyyət sahəsində olan əməkdaşlığımızı gücləndirəcək”, - deyə o qeyd edib.

İranlı həmkarını Azərbaycana dəvət edən nazir qeyd edib ki, İranın mədəniyyət nazirinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində mübadilə proqramı imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti