...

İran-Azərbaycan mədəni əlaqələri birgə əməkdaşlıq proqramı ilə inkişaf edəcək - İranlı nazir

Mədəniyyət Materials 20 İyun 2022 20:35 (UTC +04:00)
İran-Azərbaycan mədəni əlaqələri birgə əməkdaşlıq proqramı ilə inkişaf edəcək - İranlı nazir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında mədəni əlaqələr iki ölkə arasında birgə əməkdaşlıq proqramının yaxın gələcəkdə imzalanması ilə inkişaf edəcək.

Trend-in məlumatına görə, bunu İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi Esmaili Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla birgə Tehranda baş tutan mətbuat konfransında deyib.

M.Esmailinin sözlərinə görə, İran və Azərbaycan arasında müştərək mədəniyyət, tarixi bağlar və tarixi böyük şəxsiyyətlər ölkələri bir-birinə bağlayan amillərdir. Buna əsasən əlaqələrin inkişafına mane ola biləcək hər bir maneədən keçəcəyik.

“Azərbaycanlı həmkarımla görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsi, birgə film festivallarının təşkil olunması, məşhur şəxsiyyətlər haqda kinoların çəkilməsi və iki ölkənin tarixi əlaqələrinin inkişafına müsbət təsir göstərə biləcək digər məsələlər haqda müzakirələr apardıq”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti