...

Fransa mediası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun yaradıcılığından yazıb

Mədəniyyət Materials 28 Avqust 2022 19:19 (UTC +04:00)
Fransa mediası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun yaradıcılığından  yazıb

Bakı. Trend:

Fransanın “Muslmans en France” xəbər portalında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi və onun yaradıcılığından bəhs olunan məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə xatırladılıb ki, 2021-ci il Nizami Gəncəvinin anadan olmasının 880-ci ildönümü münasibətilə Azərbaycanda Nizami ili elan olunub.

Müəllif qeyd edib ki, dahi mütəfəkir Nizami əsərlərində hələ XIV əsrdən başlayaraq Avropada çiçəklənən humanist prinsipləri müdafiə edərək Azərbaycan və dünya ədəbiyyatına əhəmiyyətli şəkildə təsir göstərmişdir.
Gəncənin Nizaminin ana vətəni olduğunu qeyd edən müəllif bildirib ki, bu şəhər bütün Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və ticarət mərkəzlərindən biri və Qafqazın ən qədim şəhərlərindən biri olub, tarixi eramızdan əvvəl 494-cü ilə təsadüf edir. Bu gün Gəncə ölkənin qərb bölgəsində Aran bölgəsində yerləşən Azərbaycan Respublikasının ikinci ən böyük şəhəridir. Nizami 1141-ci ildə orada doğulub, 1209-cu ildə vəfat edib.

“Gənc şairin tərbiyəsində təhsil əsas yer tuturdu və o, Gəncə mədrəsəsində mükəmməl təhsil almışdır”,-deyə, məqalədə vurğulanıb.

Nizami Gəncəvinin yaradıcılığına da toxunun müəllif bildirib ki, görkəmli şair 1173-1203-cü illər arasında yazılmış beş poemadan ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun" , "Yeddi gözəl" və "İskəndərnamə") ibarət "Xəmsə" ilə da bütün dünyada tanınır .

Məqalədə həmçinin qeyd edilib ki, əsərlərində əsasən humanizmi təcəssüm etdirən Nizami hesab edir ki, insan xeyirxah olmaq üçün özünü bütün çirkablardan təmizləməlidir.

“Nizami Gəncəvinin humanizmi xalqlar arasında harmoniyaya yönəlib. Məsələn, Nizami özünün ‘Leyli və Məcnun’ poeması vasitəsilə iki qütbün görüşünü ön plana çəkir, əsərdə Şahzadələrin yeddi portretinin güzgüləri isə bizə öz əksimizi, sivilizasiyamızın əksini göstərir, onlar bizi insanlar arasında qarşıdurma mənbəyi olan cəhaləti arxada qoymağa, biliyə doğru irəliləməyə təşviq edirlər”,-deyə, məqalədə əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti