...

Bakıda “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunub (FOTO)

Mədəniyyət Materials 25 Fevral 2023 20:47 (UTC +04:00)
Bakıda “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunub (FOTO)

Bakı. Trend:

Fevralın 24-də Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi Respublika və Beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) “Səninləyik, Türkiyə!” adlı solo konserti təşkil olunub.

Trend-in məlumatına görə, gecənin əvvəlində Qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində yaralanan şəxslərə şəfa diləyir, həyatını itirənlərin isə ruhunu bir dəqiqəlik sükutla yad edilib.

Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, Respublika və Bəynəlxalq müsabiqələr laureaları ŞəfəqAbdullayeva (orqan), Toğrul Məmmədov (piano) öz çıxışlarını dinləyicilərə təqdim ediblər.

Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.

Sonda Türkiyənin Azərbaycandakı Səfirliyinin nümayəndələri konsert iştirakçıları və təşkilatçılarına öz minnətdarlığlarının bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti