...

“Gənclərə dəstək” layihəsi çərçivəsində Nəzrin Abbaslının solo konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 9 İyun 2023 18:59 (UTC +04:00)
“Gənclərə dəstək” layihəsi çərçivəsində Nəzrin Abbaslının solo konserti keçirilib (FOTO)

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində “Günümüzün gəncləri” silsiləsindən respublika və beynəlxalq müsabiqələr laureatı Nəzrin Abbaslının solo konserti keçirilib.

Proqramda J.Ph.Rameau Süita, e moll,“Le Rappel des Oiseaux”, F.Chopin Ballada no.1 (g moll), F.Kreisler / S.Rahmaninov “Liebesleid”, S.Rahmaninov “Etüd –lövhə” op.33, No.8 (g moll), C.Saint-Saëns/F.Liszt “Danse macabre” op.40 (g moll), V.Mustafazadənin "Mart", "Düşüncə", "Tənhalıq", "Ömrün səhifələri", "Parafraz", "Bayatı Şiraz" əsərləri səslənib.

Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Xəbər lenti

Xəbər lenti