...

Çingiz Aytmatovun abidəsini o hazırlayacaq

Mədəniyyət Materials 8 Avqust 2023 14:39 (UTC +04:00)
Çingiz Aytmatovun abidəsini o hazırlayacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə elan olunmuş heykəltəraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub.

Mədəniyyət Nazirliyindən Trend-ə bildiriblər ki, Ç.Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə nazirlik tərəfindən heykəltəraşlıq müsabiqəsi keçirilib.

Müsabiqədə ölkəmizin heykəltəraşları tərəfindən 21 əsər təqdim olunub.

Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə nazirliyin nəzdində fəaliyyət göstərən Ekspert Komissiyası tərəfindən qaliblər seçilib. Nəticələrə əsasən, 1-ci yeri Natiq Əliyev, 2-ci yeri Nurəli Şahbazov, 3-cü yeri İlqar Ağaşov tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti