...

Filarmoniyada “Dünya konsertləri turnesi” çərçivəsində Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 12 Oktyabr 2023 15:58 (UTC +04:00)
Filarmoniyada “Dünya konsertləri turnesi” çərçivəsində Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (ABŞ)) dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertlər silsiləsinə ev sahibliyi edir.

Trend xəbər verir ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - İlya Şmukler (piano,Rusiya), Çi-Çi (piano, Çin), Yanqrey Tsay (piano, Çin) və Əli Məmmədov (piano, Azərbaycan) öz ifalarını uğurla dinləyicilərə təqdim ediblər.

Proqramda Sergey Raxmaninovun Piano və orkestr üçün 2 (c-moll, op.18) və 4 saylı (g-moll, op.40) konsertləri, “Paginini mövzusuna Rapsodiya”sı, op.43 və Sergey Prokofyevin Piano və orkestr üçün 2 saylı (g-moll, op.16) konserti səslənib.

Qeyd edək ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi 2019-cu ilin aprel ayından Özbəkistanda start götürüb. Rəngarəng konsertləri ilə musiqisevərləri bir araya toplayan layihənin bədii rəhbəri tanınmış pianoçu, pianoçuların XI Van Cliburn beynəlxalq müsabiqəsinin qızıl medal mükafatçısı Stanislav Yudeniçdir (ABŞ).

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti