Bakı. Trend:
Əgər Yeni ilin ilk günlərində parlaq və zəngin təəssüratlarla, heyrətamiz Yeni il əhval-ruhiyyəsi və xoşbəxtlik hissləri ilə dolu anlar yaşamaq istəyirsinizsə Sizi Art-East Media Group şirkətinin təqdimatında 2 yanvar 2024-cü il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək təntənəli, olduqca rəngarəng, məşhur Disney nağıl və ən məşhur cizgi filmlərinin qəhrəmanlarının bir araya gəldiyi “Disney” interaktiv multimedia Yeni il şousuna dəvət edirik.
Ənənəvi olaraq, qarşıdan gələn hər bir Yeni il bayramlarında hər birimiz xeyir və sehr axtarışında, möcüzə gözləntisində olur, xəyallar dünyasına səyahət etmək istəyirik. Bunu nəzərə alaraq, peşəkar komandamız sizin üçün xüsusi proqram hazırlayıb.
Əsrarəngiz musiqi sədaları altında məşhur qəhrəmanlarla təmasda olaraq nostalji və sehirli anlar yaşayıb uzun müddət həmin duyğuların təsiri altında qalmaq, eyni zamanda övladlarınızın asudə vaxtının səmərəli keçirilməsi, dünyagörüşlərinin genişlənməsi və bədii-estetik zövqlərinin inkişaf etdirilməsini istəyirsinizsə, “Disney” interaktiv multimedia Yeni il şousunu qaçırmayın.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.