...

Daha bir namizəd Azay Quliyevin xeyrinə seçkidən çəkildi

Seçki 2015 Materials 17 Oktyabr 2015 10:30 (UTC +04:00)
Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd – Babək Abdullayev öz rəqibi Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb.
Daha bir namizəd Azay Quliyevin xeyrinə seçkidən çəkildi

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa daha bir namizəd - Babək Abdullayev öz rəqibi Azay Quliyevin xeyrinə namizədliyini geri götürüb. Bu barədə B.Abdullayev bəyanatla çıxış edib.

Bəyanatda deyilir: "Seçki kampaniyası kifayət qədər vaxt, enerji və potensial tələb etdiyindən güclü rəqiblə mübarizəni sonadək aparmağa lüzum görmürəm. Ona görə də namizədliyimi Azay Quliyevin xeyrinə geri götürür və ona gələcək deputatlıq fəaliyyətində uğurlar arzulayıram".

Sonda B.Abdullayev seçiciləri və təəssübkeşlərini A.Quliyevə səs verməyə çağırıb və özünün də ona səs verəcəyini qeyd edib.

Xatırladaq ki, sözügedən dairədən namizədliyi irəli sürülmüş fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov da bir gün əvvəl namizədliyini A.Quliyevin xeyrinə geri götürməsi barədə bəyanat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti