...

Fuad Muradovun seçicilərlə görüşləri davam edir (FOTO)

Seçki 2015 Materials 23 Oktyabr 2015 20:26 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Məhəmməd Hadi və Vunq-Tau küçələrində 10 binanın sakinləri ilə görüşlər keçirilib.
Fuad Muradovun seçicilərlə görüşləri davam edir (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün rayonun Məhəmməd Hadi və Vunq-Tau küçələrində 10 binanın sakinləri ilə görüşlər keçirilib.

Səmimi söhbət şəraitində keçən görüşlərdə seçicilər onları narahat edən məsələlər barədə namizədi məlumatlandırıblar.

F.Muradov qeyd edib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş islahatlar aparılır: "Bu işlər vətəndaşlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir. Qaldırılan məsələlərin həlli mümkündür və millət vəkili seçiləcəyim təqdirdə sizinlə birlikdə müvafiq qurumlar qarşısında bu problemlər qaldırılacaq, həllini tapacaqdır".

Azərbaycanın ərazi bütövlüyü məsələsinə toxunan F.Muradov bu istiqamətdə dövlətimizin bütün imkanlarını səfərbər etdiyi vurğulayıb: "Düşmən anlamalıdır ki, əgər sülhə razı olmasa biz qüdrətli ordumuzun vasitəsilə torpaqlarımızı azad edəcəyik".

Çıxış edənlər F.Muradovu, xüsusilə beynəlxalq təşkilatlarda Azərbaycanı layiqli təmsil edən deputat kimi tanıdıqlarını, gələcək fəaliyyətində də onu məhz bu sahədə daha fəal görmək istədiklərini bildiriblər.

Seçicilər 1 noyabrda seçki məntəqələrinə gələrək F.Muradova səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti