...

Bahar Muradova seçiciləri ilə görüşdə Qarabag problemindən danışdı (FOTO)

Seçki 2015 Materials 26 Oktyabr 2015 09:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun Sumqayıt şəhərində məskunlaşmış seçiciləri ilə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verdi və onun vəkillərini görüş iştirakçılarına təqdim etdi. Sonra namizədin vəkilləri çıxış edərək respublikamızda keçirilən ən böyük siyasi hadisələrdən sayılan parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə etmiş, seçiciləri bu prossesdə fəal iştirak etməyə çağırmışlar.

Tədbirdə 200-dək Füzuli sakini iştirak etdi. Çıxış edən 7 nömrəli məktəbin riyaziyyat müəllimi Mirzəyev Elyar məcburki köçkün olaraq onların sosial problemlərində göstərdiyi köməkliyə görə Bahar xanıma minnətdarlığını bildirdi və ölkədə siyasi sabitliyi təmin etdiyinə görə cənab prezidentə təşəkkürlərini çatdırmağı xahiş etdi. Sonra çıxış edən Məftunə Kərimova ölkəni çiçəklənməyə doğru aparan YAP-nın siyasətini yüksək dəyərləndirərək, ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də YAP-nın namizədlərini dəstəkləyəcəklərini və hər zaman ölkə başcısının ətrafında sıx birləşəcəklərini bəyan etdi. Çıxışlarda vurğulandı ki, respublikamız müstəqillik əldə etdiyi müddət ərzində, xüsusilə də ümumilli liderimiz Heydər Əliyevin və onun ideyalarını yorulmadan, əzmlə və uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan böyük bir yol keçib, dünya xəritəsində özünəməxsus nüfuza sahib çıxıb. Bütün bunların ideoloji sütununu isə Heydər Əliyev dühasından yaranmış və bu gün 600 mindən artıq siyasi orduya malik YAP təşkil edir. Ona görə də partiyanın namizədi olan Bahar Muradovanın bu bölgədən seçkilərə qatılması böyük bir etimad kimi qəbul olunur.

Vəkillər Bahar xanımın 2000-ci ildən bəri Milli Məclisdə Füzuli seçicilərini ləyaqətlə təmsil etdiyini, Parlamentin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində bütün səviyyələrdə, o cümlədən müxtəlif beynəlxalq qurumlarda Azərbaycanın haqq sözünü uğurla müdafiə etdiyini, siyasi elmlər üzrə fəlsəfə doktoru kimi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və digər məsələlərə dair elmi-analtik fəaliyyətini tədbir iştirakçılarının nəzərinə çatdırdılar və onları bu seçkilərdə məhz Bahar Muradovaya səs verməyə çağırdılar.

Bahar Muradova bütün çıxışçılara və onunla görüşə gəlmiş sakinlərə minnətdarlığını bildirmiş və həmişə Heydər Əliyev ideyalarının təşəkkül tapması üçün Azərbaycan dövlətinin və Azərbaycan xalqının, xüsusilə də özünün də təmsil olunduğu Qarabağ bölgəsinin çiçəklənməsi naminə var gücü ilə çalışmağa həmişə hazır olduğunu bildirmişdir. Cəbhənin təmas xəttində yaşayıb fəaliyyət göstərməklərinə baxmayaraq kənd sakinlərinin ruh yüksəkliyinə, nikbinliklərinə, doğma torpaqlarına çox bağlı olduqlarına heyranlığını gizlətməyən Bahar Muradova dövlət başçısı, YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanlarda Qarabağ probleminin Azərbaycanın maraqlarına uyğun və ədalətli həllinə nail olunacağına inamını ifadə edərək bu amal uğrunda daha sıx birləşməyə çağırmışdır.

Sonda seçicilərlə kollektiv şəkil çəkdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti