...

Qarabağ əlilləri Rafael Cəbrayılova dəstək oldular (FOTO)

Seçki 2015 Materials 26 Oktyabr 2015 15:16 (UTC +04:00)
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun növbəti görüşü Qarabağ əlilləri ilə keçirilib.
Qarabağ əlilləri Rafael Cəbrayılova dəstək oldular (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend/

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılovun növbəti görüşü Qarabağ əlilləri ilə keçirilib.

Seçki qərargahında baş tutan görüşdə R.Cəbrayılov Vətən uğrunda canını sipər edən Vətən oğulları ilə görüşməkdən məmnun olduğunu bildirib. Hər zaman dövlətin diqqət mərkəzində olan bu insanların qayğı və problemlərinin həlli istiqamətində fəaliiyət istiqamətinin prinsiplərindən çıxış edən namizəd 1 noyabr seçki günü hər kəsi aktiv olaraq seçkidə iştirak etməyə dəvət edib.

Qazilər Birliyinin sədri Seymur Bədəlov çıxış edərək bütün Qarabağ əlillərinin R.Cəbrayılova dəstək olduqlarını bildirib.

R.Cəbrayılova uğurlar arzulayan Qarabağ əlilləri bəzi məsələlərin həlli istiqamətində müzakirələr aparıblar. Çıxış edən digər Qarabağ əlilləri də R.Cəbrayılovun müsbət xarakterizə olunan fəaliyyətindən danışaraq 1 noyabr tarixində ona səs verəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti