...

Rusiyalı deputat: Hansısa ölkə öz baxışlarını Azərbaycanda tətbiq edə bilməz

Seçki 2015 Materials 28 Oktyabr 2015 13:24 (UTC +04:00)
“Məndə olan məlumata görə, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 9 partiya iştirak edəcək. Bu isə, elektorat üçün böyük seçim imkanı deməkdir”.
Rusiyalı deputat: Hansısa ölkə öz baxışlarını Azərbaycanda tətbiq edə bilməz

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Məndə olan məlumata görə, noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 9 partiya iştirak edəcək. Bu isə, elektorat üçün böyük seçim imkanı deməkdir".

Trendin məlumatına görə, bunu Secki-2015.az saytına açıqlamasında Rusiya Dövlət Dumasının üzvü, Liberal Demokrat Partiyasının təmsilçisi Roman Xudyakov deyib.

R.Xudyakov bildirib ki, azərbaycanlıların yüksək siyasi mədəniyyət səviyyəsi, eləcə də Prezident İlham Əliyevin konstruktiv və diplomatik siyasəti ölkə daxilində və bütövlükdə regionda kompromis tapmağa imkan verir: "Seçkilərdə ciddi nəzarət tədbirlərinin görülməsi, məsələn, barmaq izlərinin yoxlanması böyük əhəmiyyət kəsb edir. Seçkiləri onlarla beynəlxalq müşahidəçi izləyəcək. Əminəm ki, noyabrın 1-də baş tutacaq seçkilər açıq, şəffaf rəqabət mühitində keçiriləcək. Bu seçkilər ölkənin növbəti illərdə inkişafını təmin edəcək".

Qərbin Azərbaycana qarşı təzyiqlərinə gəlincə, rusiyalı deputat bunun ölkənin müsbət imicinə təsir edəcəyini inandırıcı hesab etmir: "Azərbaycanın öz adət-ənənəsi və baxışı var. Qərbin və ABŞ-ın baxışı daha fərqlidir. Hansısa ölkə öz baxışlarını Azərbaycan kimi zəngin mədəniyyəti olan ölkədə tətbiq edə bilməz. Ümumiyyətlə, mən Qərbin Azərbaycana qarşı olan iradlarını başa düşə bilmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti