...

Latviya MSK Azərbaycanda parlament seçkiləri ilə bağlı görülmüş işlərlə maraqlanır

Seçki 2015 Materials 29 Oktyabr 2015 15:56 (UTC +04:00)
Azərbaycan Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Çimdarsın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
Latviya MSK Azərbaycanda parlament seçkiləri ilə bağlı görülmüş işlərlə maraqlanır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Azərbaycan Milli Məclisinə seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Çimdarsın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, latviyalı həmkarını və nümayəndə heyətini salamlayan M.Pənahov bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın da ilbəil inkişafından məmnunluğunu bildirib və müxtəlif ölkələrin ali seçki qurumları ilə münasibətlərin davamlı təcrübə mübadiləsinin aparılmasına və beləliklə, seçki praktikasının daha da inkişaf etdirilməsinə xidmət göstərdiyini vurğulayıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Latviya Mərkəzi Seçki Komissiyasının sədri A.Çimdars noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri M.Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar və həyata keçirilmiş irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti