...

TürkPA müşahidəçilər missiyası Bakıdadır

Seçki 2015 Materials 29 Oktyabr 2015 18:31 (UTC +04:00)
Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə Bakıya gəlib.
TürkPA müşahidəçilər missiyası Bakıdadır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) müşahidəçiləri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək məqsədilə Bakıya gəlib.

TürkPA-dan Trend-ə verilən məlumata görə, missiyaya Qazaxıstan Parlamenti Məclisinin üzvü Serikjan Kanayev rəhbərlik edir.

Müşahidəçilərin proqramına Milli Məclisin sədri, TürkPA-nın fəaliyyətdə olan sədri Oqtay Əsədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, həmçinin Xarici İşlər Nazirliyinin bir sıra rəsmiləri ilə görüşlər və s. daxildir.

Noyabrın 2-də TürkPA müşahidəçilər missiyasının seçkilərin nəticəsinə dair mətbuat konfransı keçiriləcək.

TürkPA müşahidəçilər missiyası üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərini müşahidə etmək məqsədilə 2010-cü ildən fəaliyyətə başlayıb.

Azərbaycanda keçirilmiş 2010-cu il parlament və 2013-cü il prezident seçkilərində də TürkPA müşahidəçiləri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti