...

Rusiya XİN: ATƏT-in Azərbaycana müşahidəçi göndərməmək qərarı siyasiləşdirilib

Seçki 2015 Materials 30 Oktyabr 2015 14:02 (UTC +04:00)
Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərinə müşahidəçələr göndərməmək qərarını siyasiləşdirilmiş hesab edir.
Rusiya XİN: ATƏT-in Azərbaycana müşahidəçi göndərməmək qərarı siyasiləşdirilib

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Moskva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərinə müşahidəçələr göndərməmək qərarını siyasiləşdirilmiş hesab edir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin insan haqları, demokratiya və qanunun aliliyi üzrə səlahiyyətli nümayəndəsi Konstantin Dolqov deyib.

K.Dolqov bildirib ki, hakimiyyətin beynəlxalq müşahidəçilərin sayının azaldılması barədə tələbinə cavab olaraq DTİHB müşahidəçiləri ümumiyyətlə göndərməməklə, açıq siyasiləşdirilmiş qərar qəbul edib: "Hərçənd, müşahidəçilərin sayı aşkar artırılmışdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti