...

Fransadan olan müşahidəçilər seçkilərin gedişatından razıdırlar

Seçki 2015 Materials 1 Noyabr 2015 17:22 (UTC +04:00)
Fransadan olan beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən parlament seçkilərinin gedişatından razılıq ediblər.
Fransadan olan müşahidəçilər seçkilərin gedişatından razıdırlar

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

Fransadan olan beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən parlament seçkilərinin gedişatından razılıq ediblər.

Trend-in məlumatına görə, Fransa Milli Assambleyasının deputatı, beynəlxalq müşahidə missiyasının üzvü Tyeri Marianni mətbuata açıqlamasında bildirib ki, parlament seçkilərinin gedişatını izləmək məqsədilə Fransa Milli Assambleyasının deputatı, həmçinin Fransa və Azərbaycan dostluq qrupunun Milli Assambleyada sədri Mişel Vuezanla birgə bir neçə seçki məntəqəsində olublar: "Biz seçkinin yaxşı getdiyini müşahidə etdik. Burada çoxsaylı müşahidəçilərin olduğunu gördük".

M.Vuezan deyib ki, Bakıya 10-cu dəfədir ki səfər edir: "Hər bir səfərdə öncəki səfərlə müqayisədə inkişafın sahidi olmuşuq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti