...

YAP parlament seçkilərində 70 namizədinin qalib gəldiyinə inanır (ƏLAVƏ OLUNUB-2)

Seçki 2015 Materials 1 Noyabr 2015 20:42 (UTC +04:00)
Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu. Trend-in məlumatına görə, bunu YAP-ın icraçı katibi Əli Əhmədov partiyanın qərərgahında keçirilən mətbuat konfrasnında deyib.
YAP parlament seçkilərində 70 namizədinin qalib gəldiyinə inanır (ƏLAVƏ OLUNUB-2)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov partiyanın qərargahında keçirilən mətbuat konfrasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda parlament seçkiləri ədalətli və şəffaf keçib: "Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib. İlkin nəticələrə görə, seçicilərin 55 faizindən çoxu səsvermədə iştirak edib. Hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Bu da Azərbaycanda seçkinin demokratik və şəffaf keçdiyini göstərir".

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının seçkilərdə böyük şansları var: "İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlər böyük uğur qazanacaqlar. Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri ilə bağlı səhərə qədər yoxlama aparılacaq və bu nəticələrin "exit-poll"un nəticələrinə uyğun olacağını düşünürük".

Ə.Əhmədov bildirib ki, bütövlükdə seçki normal şəraitdə keçib: "Azərbaycanda seçki şəraitinin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın hakimiyyətə və dövlətə böyük etimadı olduğunu göstərir. Bu etimad özünü bu gün seçkilərdə göstərdi. Mən sizin hər birinizi Azərbaycanda keçirilən növbəti uğurlu seçkilərlə bağlı təbrik edirəm".

Ə.Əhmədov düşünür ki, seçkinin nəticələrinə görə YAP namizədlərindən 70-i qalib olacaq.

YAP rəsmisi sosial şəbəkələrdə yayılan seçki ilə bağlı nöqsanlara da aydınlıq gətirib: "Bu, təbii ki, MSK tərəfindən araşdırılacaq və nəticələri elan olunacaq. Sosial şəbəkələrdə paylaşılan nöqsanlar bizim rəqiblərimiz tərəfindən seçkilərə kölgə salmaq məqsədi də güdə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti