...

İtaliyalı müşahidəçi: Seçkilər nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib

Seçki 2015 Materials 2 Noyabr 2015 12:02 (UTC +04:00)
Azərbaycanda parlament seçkiləri nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib.
İtaliyalı müşahidəçi: Seçkilər nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Azərbaycanda parlament seçkiləri nizamlı şəkildə, yüksək təşkilatçılıqla keçirilib".

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransnda seçkiləri müşahidə edən İtaliya müşahidəçilərinin rəhbəri, İtaliya parlamentinin deputatı Sercio Divina deyib.

Onun sözlərinə görə, seçki məntəqələrində müşahidələr apararkən hec bir etiraz və ya qanun pozuntusu müşahidə etməyiblər.

Azərbaycanda keçirilən parlament seçkilərinin Avropa standartlarına uyğun şəkildə keçirildiyini deyən italiyalı deputat qeyd edib ki, ATƏT və Avropa Şurası çərçivəsində təşkil olunan missiyaların tərkibində bir sıra ölkələrdə keçirilən seçkilərdə müxtəlif müşahidələr aparıb: "Əminliklə deyə bilərəm ki, gənc, müstəqilliyinə yeni qovuşmuş ölkələr arasında Azərbaycanda olduğu kimi demoktratik prinsiplərlə seçkilərin keçirildiyini başqa ölkədə görməmişəm".

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasnın ilkin nəticələrinə görə, ölkə üzrə ümumi seçici fəallığı 55,7 faiz olub. Yəni 5 milyon 198 min 658 seçicinin 2 milyon 897 min 188-i seçkidə iştirak edib. Bu isə ötən parlament seçkilərindən təxminən 6 faiz çoxdur.

Ötən gün Azərbaycanda 125 seçki dairəsi üzrə liderlik edən namizədlər açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti