...

Təhsil Nazirliyi 900-ə yaxın tələbənin köçürülməsinə icazə verdi

Gündəm Materials 22 Fevral 2018 15:01 (UTC +04:00)
Təhsil Nazirliyi bu il transfer.edu.az portalı vasitəsilə keçirdiyi tələbə köçürmələri zamanı 877 tələbənin köçürülməsinə icazə verib.
Təhsil Nazirliyi 900-ə yaxın tələbənin köçürülməsinə icazə verdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi bu il transfer.edu.az portalı vasitəsilə keçirdiyi tələbə köçürmələri zamanı 877 tələbənin köçürülməsinə icazə verib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə nəticələr məlum olub.

Bu il bakalavriatura və magistratura üzrə 1067 nəfərin sorğusu təsdiq olunub. Bakalavriatura üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.

Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti