...

Hazırda havada tozun miqdarı normadan 18 faiz yuxarıdır

Gündəm Materials 18 Aprel 2018 18:45 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.
Hazırda havada tozun miqdarı normadan 18 faiz yuxarıdır

Bakı. Trend:

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 18 faiz yuxarı olduğu qeydə alınıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Saat 15:00-da bu göstərici 10 faiz təşkil edib.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanına səbəb Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə ölkə ərazisinə zəif toz-dumanının daxil olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti