...

Yeni təhsil naziri kollektivə təqdim olunub (FOTO)

Gündəm Materials 24 Aprel 2018 14:36 (UTC +04:00)
Aprelin 24-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Prezidentin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmuş Ceyhun Bayramovu nazirliyin kollektivinə təqdim edib.
Yeni təhsil naziri kollektivə təqdim olunub (FOTO)

Bakı. Trend:

Aprelin 24-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Prezidentin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmuş Ceyhun Bayramovu nazirliyin kollektivinə təqdim edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ramiz Mehdiyev son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.

Ceyhun Bayramov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu geniş hədəfli vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün bütün qüvvənin səfərbər olunacağını vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti