...

“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Gündəm Materials 30 Aprel 2018 15:42 (UTC +04:00)
“Məşğulluq haqqında” qanun layihəsi II oxunuş Milli Məclisin plenar iclasına tövsiyə edilib
“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, qanun Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı yalnız kiçik redaktə xarakterli düzəlişlərin edilməsinə ehtiyac olduğunu bildirilib.

Layihə II oxunuş Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti