Bakı. Samir Əli - Trend:
Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində 12 may tarixində gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.
Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.
Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik.