...

XƏBƏRDARLIQ: Temperatur 7 dərəcə enəcək

Gündəm Materials 23 May 2018 13:23 (UTC +04:00)
ETSN rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
XƏBƏRDARLIQ: Temperatur 7 dərəcə enəcək

Bakı. Trend:

ETSN rayonlarda gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, mayın 25-i gündüz əsasən qərb rayonlarında, mayın 26-sı gündüzdən 27-si axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu mayın 26-27-də tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti