...

Ölkədə gömrük orqanlarının işinin qiymətləndirilməsi üçün xüsusi qrup yaradıla bilər (FOTO)

Gündəm Materials 13 İyun 2018 11:56 (UTC +04:00)
Azərbaycanda gömrük orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün xüsusi qrup yaradıla bilər.
Ölkədə gömrük orqanlarının işinin qiymətləndirilməsi üçün xüsusi qrup yaradıla bilər (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda gömrük orqanlarının fəaliyyətinin qiymətləndirilməsi üçün xüsusi qrup yaradıla bilər.

Trend-in məlumatına görə, bunu “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” adlı jurnalistlər üçün seminar zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, qrupa gömrük orqanlarının fəaliyyətini işıqlandıran jurnalistlər daxil ola bilər:

“Hər il gömrük orqanları 5,4 milyona yaxın şəxsə xidmət göstərir. Bizim işimiz ölkə üçün vacib olmaqla yanaşı, həm də böyük məsuliyyət tələb edir. Hesab edirəm ki, gömrük sahəsində ixtisaslaşan jurnalistlərdən ibarət xüsusi qrupun yaradılması məqsədəuyğun olardı. Bu jurnalistlər gömrük orqanlarının fəaliyyətini izləyə bilərlər.”

S.Mehdiyev əlavə edib ki, gömrük qanunvericiliyinin daha dərindən öyrənilməsi üçün jurnalistlər üçün 20 günlük və ya bir aylıq kurslar təşkil oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti