...

"Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Gündəm Materials 15 İyun 2018 04:57 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib.
"Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Bakı. Samir Əli -Trend:

Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqda qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Trend-in məlumatına görə, DİN və "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, Daxili İşlər Nazirliyində DNT məlumat bankı 2009-cu ildə yaradılıb. Hazırda məlumat bankı şəxslərdən və hadisə yerindən götürülmüş maddi sübutlardan əldə edilmiş DNT profillərini özündə cəmləşdirir.

Məlumat bankında respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş sorğular əsasında məhkəmə genetik ekspertiza fəaliyyəti həyata keçirilir.

Qeyd olunub ki, DNT məlumat bankının köməkliyi ilə naməlum meyitlər, qətl, ayrı-ayrı bədən hissələrinin mənsubiyyəti, zorlama, quldurluq, soyğunçuluq, oğurluq, yol-nəqliyyat hadisələri üzrə şəxsiyyətlər müəyyən edilib.

Sonda tədbir iştirakçıları DNT məlumat bankının fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti