...

Masallıda 21 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

Gündəm Materials 28 İyun 2018 09:44 (UTC +04:00)
Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Masallıda 21 yaşlı oğlan qonşusu tərəfindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Ərkivan qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1993-cü il təvəllüqdlü Abdullayev Ruslan Elçin oğlu yaşadığı evin yaxınlığında qonşusu, 1997-ci il təvəllüdlü Fərziyev Xəyyam Fərasəddin oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində R.Abdullayev üzərində gəzdirdiyi bıçaqla X.Dərziyevi bıçaqlayaraq ağır xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən R.Abdullayev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti