...

Şirvanda toyda qətl törədib qaçan şəxs saxlanıldı

Gündəm Materials 13 İyul 2018 13:52 (UTC +04:00)
Şirvan şəhərində toyda qətl törədən şəxs yaxalanıb.
Şirvanda toyda qətl törədib qaçan şəxs saxlanıldı

Bakı. Samir Əli - Trend:

Şirvan şəhərində toyda qətl törədən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 9-da saat 23 radələrində Neftçala rayon sakini Azər Əliyev Şirvan şəhəri ərazisindəki şadlıq saraylarının birində aldığı bıçaq xəsarəti ilə xəstəxanaya aparılarkən yolda ölüb, Sabirabad rayon sakini Teymur Həsənov isə əlindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib.

Şirvan və Mingəçevir Şəhər Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Fuad Əsgərov Mingəçevir şəhərinin ərazisində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti