...

Bakıda mağazaya basqın, satıcı qadın 10 manata görə döyüldü

Gündəm Materials 4 Avqust 2018 10:22 (UTC +04:00)
Bakıda 10 manata görə satıcı qadın döyülüb.
Bakıda mağazaya basqın, satıcı qadın 10 manata görə döyüldü

Bakı. Samir Əli - Trend:

Bakıda 10 manata görə satıcı qadın döyülüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbə sakini, 1993-cü il təvəllüdlü Talıbov Ceyhun Səftər oğlu, qəsəbənin P.Məmmədova küçəsində yerləşən mağazaya gələrək orada satıcı işləyən Mənzurə Şahbazovaya siqaret sifariş verib.

Qadın siqareti verərkən C.Talıbov onun baş nayihəsinə qəflətən yumruqla vuraraq kassada olan 10 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180.1-ci maddəsilə (soyğunçuluq) cinayət işi başlanıb və C.Talıbov tutularaq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti