...

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı bu gün başa çatır

Gündəm Materials 24 Avqust 2018 09:24 (UTC +04:00)
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı bu gün başa çatır.
Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı bu gün başa çatır

Bakı. Trend:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olanlar günün sonunadək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti