...

Bakıda ustaya kömək edən ev sahibini elektrik vurub öldürdü

Gündəm Materials 6 Sentyabr 2018 15:48 (UTC +04:00)
Bakıda bədbəxt hadisə baş verib.
Bakıda ustaya kömək edən ev sahibini elektrik vurub öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sadıqcan küçəsi, ev 4a, mənzil 6-da baş verib.

Ev sahibi, 1974-cü il təvəllüdlü Xəlilov Samir İsrafil oğlu yaşadığı mənzilin eyvanında aparılan təmir işləri ilə bağlı qaynaqçı Əliyev Rafiq İsmixan oğluna kömək edərkən ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub.

S.Xəlilov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti