...

Azərbaycan peyki göyərtəsində olan Arian-5 daşıyıcı-raketi uçuşa hazırdır

Gündəm Materials 26 Sentyabr 2018 01:53 (UTC +04:00)
Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasında, Ariane 5 daşıyıcı-raketin Azerspace-2 / Intelsat 38 kommunikasiya peyki ilə birlikdə buraxılışı üçün geri sayım başladı.
Azərbaycan peyki göyərtəsində olan Arian-5 daşıyıcı-raketi uçuşa hazırdır

Bakı. Hüseyn Vəliyev - Trend:

Qviana Kosmos Mərkəzindəki ELA-3 buraxılış platformasında, Ariane 5 daşıyıcı-raketin Azerspace-2 / Intelsat 38 kommunikasiya peyki ilə birlikdə buraxılışı üçün geri sayım başladı.

Trend-in məlumatına görə, bu barədə “Arianespace” şirkəti bildirib.

VA243 uçuş missiyası “Ariane 5” raketi üçün sayca 100-cü, “Arianespace” buraxılış qurğuları üçün isə 300-cü olacaq.

“Azerspace-2/Intelsat 38” peykinin buraxılışı sentyabrın 25-dən 26-a keçən gecə Bakı vaxtı ilə 01:53 və 02:38 saatları arasında, Fransa Qvianasının Kuru aerodromundan baş tutacaq. Buraxılışın videotranslasiyasına bu linkdən baxmaq mümkündür.

Azərbaycan peyki ilə yanaşı “Horizons 3e” peyki də orbitə buraxılacaq.

Qeyd edək ki, “Azerspace-2/Intelsat 38” 45 dərəcə şərq uzunluğunda geostasionar orbitə çıxarılacaq. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti