...

Bu yolda rənglənmə işləri aparılacaq

Gündəm Materials 27 Sentyabr 2018 10:27 (UTC +04:00)
Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Bu yolda rənglənmə işləri aparılacaq

Bakı. Samir Əli - Trend:

Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saatlarına qədər yekunlaşdırılacaq.

Trend-in xəbərinə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə məlumatında deyilir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti